Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əfv komissiyasının iclasında baxılan müraciətlərin sayı açıqlandı

27.02.2025 13:25 109 baxış sayı 2 dəq. oxuma Metbuat
Əfv komissiyasının iclasında baxılan müraciətlərin sayı açıqlandı

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Rəşad Məcid qeyd edib ki, iclası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

"İclasda 100-dən çox müraciətə baxılıb. Bu müraciətlərə əsasən qəsdən öldürməyə cəhd, sağlamlığa ağır zərərvurma, adam oğurluğuna cəhd, oğurluq və quldurluqla bağlı cinayətlərdə məhkum olunmuş müraciətləri müzakirəyə çıxarılıb. Hər bir müraciət diqqətlə araşdırıldı. Səsvermə ilə qərarlar verildi. Komissiyanın növbəti iclası gələn həftə davam edəcək".

Komissiya üzvü qeyd edib ki, əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır:

"Komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq cənab Prezidentə təqdim olunacaq. Yəqin ki, yaxın aylarda biz Prezident tərəfindən növbəti əfv sərəncamının imzalmasının şahidi olacağıq".

Qeyd edək ki, ötən iclas da 100-dən çox müraciətə baxılıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: