Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək

29.12.2024 16:25 120 baxış sayı 1 dəq. oxuma Metbuat
​Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək

İranda hakimiyyət orqanları mollalarla birlikdə türklər əleyhinə əks fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən məlumat yayıb.

Belə ki, İran hökuməti Ərdəbildə din xadimləri və məddahların iştirakı ilə "Müqavimət Cəbhəsi və Çaldıran Şəhidlərini Anma" adlı mərasim keçirəcək.

Məlumata görə, mərasimdə saat 20:00-da İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli və bir sıra məddahlar çıxış edəcəklər.

Qeyd edək ki, Ərdəbilin cümə imamı İranda yaşayan etnik türklər arasında dini fitnə salmaq üçün öz fəaliyyətlərini davam etdirir.

Həsən Amoli Tehranın göstərişi və İran hökumətinin maraqlarını təmin etmək məqsədilə qərəzli olaraq Azərbaycana, eləcə də etnik türklərə qarşı açıqlamalar verir.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: