Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ərəbistan yarımadasında gərginlik - Bu ölkə bombalanır

22.04.2025 20:25 74 baxış sayı 1 dəq. oxuma Metbuat
Ərəbistan yarımadasında gərginlik - Bu ölkə bombalanır

ABŞ Yəmənin paytaxtı Səna və Marib şəhərinə hava hücumu təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilər açıqlama veriblər. Husilərə məxsus Əl-Məsirə televiziyasında yayımlanan xəbərdə bildirilir ki, Sənanın Əl-Hisn bölgəsindəki Hurub kəndi və Maribin Məczar bölgəsinə 4 hava zərbəsi endirilib. Kanalın əvvəlki xəbərində ABŞ təyyarələrinin Hudeydanın Et-Tuheyta bölgəsinə 25, Maribin Məczar bölgəsinə isə 2 hücum təşkil etdiyi paylaşılmışdı. Hücumlardan sonra itkilər barədə məlumat verilməyib. ABŞ hücumlarla bağlı açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl husilər ABŞ-nin Yəməndə quru əməliyyatına hazırlaşdığını iddia ediblər. Husi hökumətinin xarici işlər naziri Camal Amir bildirib ki, bu addım gərginliyi daha da artıracaq.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: