🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Əsəd niyə İrandan yox, Rusiyadan sığınacaq aldı? - AÇIQLAMA

09.12.2024 05:25 11 baxış sayı 2 dəq. oxuma
Əsəd niyə İrandan yox, Rusiyadan sığınacaq aldı? - AÇIQLAMA

"Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblər dayanır".

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib. O qeyd edib ki, Əsədin Qərblə danışıqlara getməsi və İranı Suriyadan çıxarmaq müqabilində hakimiyyətini qorumaq cəhdi Tehranla münasibətlərdə soyuqluq yaradıb. İran mediasında müxaliflərin qələbəsindən sonra yayılan məlumatlar da bu gedişatın təsdiqi kimi görünür.

Bununla yanaşı, Həmas liderinin öldürülməsindən sonra Bəşər Əsədin İranda qalması təhlükəsizlik baxımından riskli ola bilərdi. Nərimanlıya görə, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməkdən çəkinib və bu addımın gələcək perspektivlərini çətinləşdirə biləcəyini düşünüb.

Buna qarşı olaraq Rusiyanın Əsədə sığınacaq verməsi Suriya siyasəti ilə bağlı hesablanmış addımdır. Politoloq vurğulayır ki, müxalifət Əsədi danışıqlarda bir vasitə kimi istifadə edərək öz maraqlarını təmin edə bilər. Bu kontekstdə müxalifət qüvvələrinin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması da diqqət çəkir.

Paylaş: