Bugun.az
Bugun.az

10.10.2024 22:25

6 abunə

11

Florian Virtz: "Real"a gedəcək?

Florian Virtz:

"Bayer Leverkusen"in gənc ulduzu Florian Virtz, böyük klublardan gələn təkliflərə baxmayaraq, bu mövsüm Bundesliqada qalacaq.


Metbuat.az-ın verdiyi məlumata görə, futbolçu ilə "Barselona", "Real Madrid", "Arsenal" və "Mançester Siti" kimi nəhəng klublar maraqlanır. Gələn mövsüm Virtzin "Bayer Leverkusen"i tərk edəcəyi ehtimal olunur. Futbolçunun İspaniyada oynamaq istədiyi və "Real"a daha çox meylli olduğu bildirilir. "Barselona"nın maddi sıxıntıları Virtzin "Real"a transfer olma qərarına təsir edib. "Bayer Leverkusen"in baş məşqçisi Xabi Alonsonun karyerasının da Virtzin qərarına təsir edə biləcəyi və hər ikisinin "Real"da görüşə biləcəyi iddia edilir.


Qeyd edək ki, Florian Virtzin "Bayer Leverkusen"lə müqaviləsi 2027-ci ildə sona çatır.