🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Gündə nə qədər su içmək lazımdır?

14.08.2025 11:25 1 baxış sayı 2 dəq. oxuma
Gündə nə qədər su içmək lazımdır?

İsti yay günlərində insanlar əvvəlki fəsillərə nisbətən daha çox susayır.

Metbuat.az xəbər verir ki, bunun əsas səbəbi bədəndən tər vasitəsilə atılan maye miqdarının artmasıdır.

Bəs gündəlik nə qədər su içilməlidir?

Mütəxəssislərə görə, gündəlik su qəbulu kişilər üçün təxminən 3 litr, qadınlar üçün isə 2 litr olmalıdır.

Qeyd etmək lazımdır ki, bu miqdara yalnız içdiyimiz su deyil, həmçinin çay, qəhvə, yeməklərdəki maye və qarpız kimi sulu meyvələr də daxildir. Bütün bu mayeləri dəqiq ölçmək mümkün olmadığı üçün ən sadə və effektiv qayda susadığınız zaman su içməkdir. Suyun həddindən artıq qəbulu da zərərli ola bilər. Xüsusilə böyrəklərdə problemləri olan insanlarda bu narahatlıq yarada bilər. Sağlam insanlarda belə bədəndə natrium miqdarının azalmasına gətirib çıxara bilər ki, bu da baş ağrısı, yorğunluq, konsentrasiya problemləri və digər əhval-ruhiyyə pozuntularına səbəb ola bilər.

Unutmayın, su yalnız susuzluğu aradan qaldırmır, həm də bədənin düzgün işləməsi, dəri sağlamlığı və enerji səviyyəsinin qorunması üçün vacibdir. Yay günlərində suyu kiçik qurtumlarla, amma müntəzəm içmək daha faydalıdır.

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: