
Hələ istifadə verilməyən yol narazılıq yaratdı -VİDEO

Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri yekunlaşmaq üzrədir.
Mebuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub.
Yol asfaltlanıb, xətlər çəkilib, amma avtomobil yolu körpüyə uyğunlaşdırılmayıb. Məhz bu səbəbdən həmin ərazidə tıxac və qəzalar qaçılmaz olacaq.
Sakinlərin sözlərinə görə, bütün bunlara səbəb Saray istiqamətində yolun üzərində iaşə obyektlərinin olmasıdır. Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, körpüdə tikiti işləri layihəyə tam uyğun aparılıb. Ancaq yolun genişləndirilməsi onların səlahiyyətində deyil.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq, piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq.
“Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın”, - deyə icra hakimiyyətindən bildirilib.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Donald Tramp və Kristiano Ronaldo: Süni İntellekt...
Son Xeberler

Vine necə unudulmaz qaldı və TikTok-un Yüksəlişinə...
Texnologiya xəbərləri

"Trendyol"da qiymətlər artdı - Narazılıq var
Bugun.az

Samsung Şəkillərdən Video Yaratma Xüsusiyyəti Əlav...
Texnologiya xəbərləri

Atasını yerlə sürüyüb, maşınla üstündən keçdi - Vİ...
Son Xeberler

Aktrisa pis vəziyyətə düşdü: "Çəkməyin ayıbdır" -...
Son Xeberler


