
HƏMAS İsrailə xəbərdarlıq etdi

Qəzza zolağında saxlanılan israilli məhbusların azad edilməsi Təl-Əvivin atəşkəs razılaşmasının şərtlərinə əməl etməsindən asılıdır.
Metbuat.az xəbər verir ki, HƏMAS təşkilatı belə açıqlama verib. HƏMAS-ın sözçüsü Hazım Kasım yazılı açıqlamasında bildirib ki, təşkilatın mövqeyi açıqdır, ABŞ və İsrailin təhdidlərinə boyun əyməyəcək. Qəzzada atəşkəs və əsir dəyişdirmə razılaşmasının həyata keçirilməsi üçün vasitəçi ölkələrlə əlaqəni davam etdirdiklərini bildirən sözçünün sözlərinə görə, İsrail əsirlərin sərbəst buraxılması üçün atəşkəs maddələrinə və humanitar protokola əməl etməlidir. O, İsrailin atəşkəs və əsir mübadiləsi razılaşmasının bir çox müddəalarını yerinə yetirmək istəmədiyini vurğulayıb.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
HƏMAS atəşkəs çərçivəsində daha bir İsrailli girov...
Son Xeberler

ABŞ Ədliyyə Nazirliyi HƏMAS-ın İsrailə hücumunda ş...
Azəri Xəbər

HƏMAS atəşkəs təklifini qəbul etdi
Bugun.az

HƏMAS daha bir girovun meyitini İsrailə təhvil ver...
Azəri Xəbər

Tramp HƏMAS-a Xəbərdarlıq Etdi: Qəzza Zolağına Gir...
Son Xeberler

HƏMAS atəşkəsi poza bilər - ABŞ
Bugun.az


