🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə
Bugun.az
Bugun.az
6 abunə

İlber Ortaylı Ombudsmanla Görüşdü

01.11.2024 20:25 13 baxış sayı 2 dəq. oxuma
İlber Ortaylı Ombudsmanla Görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tanınmış tarixçi, professor İlber Ortaylı ilə görüş keçirilib.


Görüş zamanı Ombudsman Səbinə Əliyeva qonağı salamlayaraq, onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Müvəkkil professor Ortaylının tarix elminə verdiyi töhfələri və beynəlxalq nüfuzunu yüksək qiymətləndirərək, əsərlərinin türk xalqları tərəfindən, xüsusilə də Azərbaycanlı oxucular tərəfindən sevildiyini bildirib.


Ombudsman Səbinə Əliyeva, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması barədə məlumat verib. O, Zəfər Gününün qeyd olunacağını xatırladaraq, bu Qələbə ilə Azərbaycanın yeni bir tarix yazdığını, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini vurğulayıb.


Müvəkkil İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan bəhs edərək, bu missiyaların nəticələrinə əsaslanan, habelə Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına göndərildiyi barədə məlumat verib.


Professor İlber Ortaylı səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib. İki qardaş ölkə arasında mövcud olan tarixi əlaqələrdən bəhs edən professor, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin mühüm önəm kəsb etdiyini vurğulayıb.


Görüş zamanı İlber Ortaylı Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.


Paylaş: