Ombudsman Aparatında İlber Ortaylı ilə Görüş: Tarix, Zəfər və Qardaşlıq
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tanınmış türk tarixçisi, professor İlber Ortaylı ilə görüş keçirilib.
Görüş zamanı Ombudsman Səbinə Əliyeva professorun tarix elminə verdiyi töhfələri və beynəlxalq aləmdəki nüfuzunu qeyd edərək, əsərlərinin Azərbaycan da daxil olmaqla türk dünyasında böyük maraqla qarşılandığını vurğulayıb. O, professor İlber Ortaylıya fəaliyyətində uğurlar arzulayıb.
Ombudsman İkinci Qarabağ müharibəsində qazanılan Zəfər haqqında danışıb. O, bu müharibədə Azərbaycanın tarix yazdığını, ərazi bütövlüyünün bərpa edildiyini və ədalətin bərqərar olduğunu vurğulayıb. Bu müharibədə ermənilərin Azərbaycana qarşı törətdiyi insan hüquqları pozuntuları, qeyri-insani əməllər, nifrət cinayətləri haqqında məlumat verən Ombudsman, beynəlxalq təşkilatlara müvafiq hesabatların təqdim olunduğunu bildirib.
Professor İlber Ortaylı öz növbəsində görüş üçün Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib. O, iki qardaş xalq arasında mövcud olan tarixi əlaqələrdən danışıb və Azərbaycanın qazandığı Zəfərin böyük əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda Ombudsman Səbinə Əliyeva, professor İlber Ortaylını "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Oxşar xəbərlər
İlber Ortaylı Ombudsmanla Görüşdü
Bugun.az
Səbinə Əliyevadan fəaliyyətini dondurması xəbərlər...
Son Xeberler
Ombudsman Gəncədə yaralılara baş çəkdi
Son Xeberler
Leyla Əliyeva Təbiət Tarix Muzeyini Ziyarət Etdi
Bugun.az
Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyri-iş günü o...
Son Xeberler
Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilə...
Son Xeberler