Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İmişlidəki qəzada ölən məktəblilər xalaqızı olublar

19.01.2025 10:25 150 baxış sayı 2 dəq. oxuma Metbuat
İmişlidəki qəzada ölən məktəblilər xalaqızı olublar

Xəbər verdiyimiz kimi, dünən İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, sözügedən rayonun Yalavac kəndində xidmət aparan DYP avtomobili yol kənarında olan .Səfərov adına tam orta məktəbin şagirdlərini vurub. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Metbuat.az hadisə ilə bağlı yeni məlumatlar əldə edib.

Hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri Mireliyeva Zümrüd Valeh qızı, digəri isə onun xalası qızdır.
Qəza nəticəsində Zümrüdün əkiz bacısı da ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumatda o da qeyd edilir ki, əkiz bacılar İmişli Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Rövşən Mirəliyevin qardaşının övladlarıdır.

Qəzada həyatını itirən Zümrüddən başqa ailədə daha 4 qız böyüyürmüş.

Ayxan Sultanzadə

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: