"İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur" - Muxtar Babayev
"İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur".
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində İtki və Zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi mövzusunda planer sessiyasında deyib.
O qeyd edib ki, ekstremal hava daha çox yayılmağa və daha sərtləşməyə başlayıb. Artan təbii fəlakətlər insanları evlərindən didərgin salır və ekosistemləri günü-gündən zədələyir: “Bu il Pakistan, Tonqa, Efiopiya, Konqo, Karib hövzəsində iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən icmalarla görüşlərdə, digər ölkələrə etdiyimiz səfərlərdə bunun şahidi olduq. Buna görə də bu, COP29-da əsas prioritet olub. Santyaqo Şəbəkəsi itki, zərər və davamlılıq üzrə bilik boşluqlarını doldurmağa kömək edir. Bu il COP29 Prezidentliyi Santyaqo Şəbəkəsinin işə başlamasına kömək etmək üçün çalışdı. COP29-da itki və zərərlə bağlı mühüm irəliləyiş əldə etmişik. Bugünkü tədbir irəliləmək üçün daha bir şansdır”.
Oxşar xəbərlər
Ekologiya Naziri Muxtar Babayev Fransalı Həmkarı i...
Bugun.az
İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az
"COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı...
Bugun.az
Muxtar Babayev onu işdən çıxardı
Bugun.az
Azərbaycan COP29 Prezidenti Qırğızıstanın Nümayənd...
Bugun.az
COP29 Prezidenti Britaniya Naziri ilə Görüşdü
Son Xeberler