
İş yerləri daha çox özəl sektorda olmalıdır - İqtisadçı

2025-ci ilin avqust ayı vəziyyətinə görə, ölkədə muzdla çalışan işçilərin sayı 1,768 milyon nəfərə çatıb. Onlardan təxminən yarısı dövlət sektorunda, yarısı isə qeyri-dövlət (özəl) sektorda fəaliyyət göstərir.
İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, özəl sektor daha çox olmalıdır:
“Bizdə dövlət sektorunda çalışanların sayı hələ də çoxdur. Əhali nisbətinə görə də çoxdur. İnkişaf etmiş ölkələrdə isə belə deyil. Ona görə də düşünürəm ki, burada özəl sektorun inkişafı üçün daha çox iş görülməlidir. Bizdə əmək qabiliyyətli insanların sayı 6 milyona yaxındır. Amma muzdla işləyənlərin sayı 1,7 milyondur. Bunun yarısı dövlətdə, yarısı isə yarısı dövlət sektorunda çalışır. Bu nisbət iqtisadiyyat üçün o qədər də doğru deyil. Çünki dövlət sektorunda çalışanların böyük əksəriyyəti əlavə dəyər yaratmırlar. Yəni, onlar dövlət büdcəsindən maaş alırlar. Bizdə isə əlavə dəyər yaradan sahələr, yəni özəl sektor lazımdır ki, daha çox əlavə dəyər yaradılsın, daha çox vergi ödəyicisi olsun”.
İqtisadçı qeyd edib ki, həmçinin iqtisadiyyata qatqısı olan özəl sektorun istehsalı və ixracatı baş verməlidir:
“Bütün bunlar göstərir ki, bizdə bu nisbəti dəyişdirməyə ehtiyac var”.
Ülkər Cəlilzadə / Metbuat.az
Oxşar xəbərlər

Plan yerləri ən çox bu ixtisas qrupunda dolub - Dİ...
Bugun.az

Sabahdan kimlərin maaşı artacaq?
Bugun.az

TƏBİB-dən müəssisələrin fəaliyyətinin bərpası ilə...
Son Xeberler

Pensiya və maaşlar artır:
AzMedia

Özəl Pensiya Fondları: Vətəndaşların Pensiya Məblə...
Son Xeberler

Əmək müqavilələrinin sayı açıqlandı
Bugun.az