
İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan yığmaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.
Metbuat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Reykyavikdəki matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Görüş FIFA referisi Sander van der Eykə tapşırılıb. Onun köməkçiləri isə Rens Blümink və Stefan de Qroot olacaq. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti yer alacaq.
Qeyd edək ki, sentyabrın 5-də Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.
Oxşar xəbərlər

“Qarabağ” - "Şelburn" oyununun hakimləri açıqlandı
Bugun.az

"Sivasspor" - "Qarabağ" oyununun hakimləri açıqlan...
İdman Xəbər

İslandiya çempionatı vaxtından əvvəl başa çatdırıl...
Son Xeberler

“Qarabağ” - “Vilyarreal” matçının hakimləri bilind...
İdman Xəbər

Latviya – Azərbaycan oyununun hakimləri bəlli oldu
Bugun.az

Call of Duty: Black Ops Cold War-ın Heyranedici İs...
Texnologiya xəbərləri