Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İstifadəçilər ​yeni funksiyaya görə “WhatsApp”dan imtina edir

30.04.2025 17:25 51 baxış sayı 2 dəq. oxuma Metbuat
İstifadəçilər ​yeni funksiyaya görə “WhatsApp”dan imtina edir

“WhatsApp”ın süni intellektə (AI) əsaslanan çatbotu təqdim etməsi birmənalı qarşılanmayıb.

Metbuat.az xəbər verir ki, istifadəçilər bu sistem vasitəsilə suallarını verməklə anında cavab ala bilərlər. Bu funksiya söhbət ekranında müşahidə edilir və mavi dairənin görünməsi ilə aktivləşdirilir. Lakin bu funksiyanın ekrandan silinə bilməməsi etirazlara səbəb olub. Məlumata görə, buna etiraz edən bir sıra istifadəçilər “WhatsApp”ı siliblər. İstifadəçilər Meta-nın süni intellektlə danışıqların qeydə alınacağını və biznes tərəfdaşları ilə paylaşıla biləcəyini irəli sürüb.

Bu vəziyyət istifadəçilərin məxfiliklə bağlı narahatlıqlarının artmasına səbəb olub. Qeyd edək ki, Meta iddiaları təkzib edərək, danışıqların arxivinin silinə biləcəyini ifadə etmişdi. Yenə də şirkət istifadəçilərə “AI-nin yadda saxlamasını və istifadə etməsini istəmədiyiniz həssas mövzuları paylaşmayın” - deyə bildirib. Yeni funksiya bəzi ölkələrdə əlçatandır

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: