
Kim Çen In Rusiyaya dəstək sözü verdi

Şimali Koreya lideri Kim Çen In beynəlxalq siyasi məsələlərdə Rusiyanı dəstəkləyəcəyini bəyan edib.
Metbuat.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun paytaxt Pxenyana səfəri ilə bağlı xəbər dərc edib. Şimali Koreya lideri Kim Çen In Pxenyanda Şoyqunu qəbul edib. Bəyanatda deyilir ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasını müzakirə ediblər.
Görüş zamanı Kim bəyan edib ki, Şimali Koreya Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcək.
Oxşar xəbərlər

Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az

Yaponiya Rusiyaya nota verdi
Son Xeberler

Rusiya Azərbaycandan pomidor idxalına icazə verdi
Son Xeberler

Google-dan Android Cihazlarına Yeddi İl Yeniləmə S...
Texnologiya xəbərləri

Peskov Ermənistanın Rusiya ilə bağlı ittihamına ca...
Son Xeberler

Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az