Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Madriddəki oyundan əvvəl etiraz keçirildi

15.01.2025 11:25 118 baxış sayı 2 dəq. oxuma Metbuat
Madriddəki oyundan əvvəl etiraz keçirildi

Basketbol üzrə Avropa Liqasında oynanılan “Real Madrid”-“Makkabi Təl-Əviv” matçı öncəsi bir qrup nümayişçi İsrailə etiraz edib.

Metbuat.az xəbər verir ki, matçın oynanıldığı “Vizink Center” idman mərkəzinin ətrafına toplaşan Fələstini dəstəkləyən bəzi vətəndaş cəmiyyəti təşkilatları Qəzza ilə bağlı İsrailə etirazlar səsləndirib. Nümayişçilər İsrail klublarının idman yarışlarından uzaqlaşdırılmasını tələb ediblər. Etirazçılar Fələstin bayraqlarını dalğalandıraraq, "İsraili boykot", "Qatil İsrail", "Azad Fələstin" və "Yaşasın Fələstinin azadlıq mübarizəsi" kimi şüarlar səsləndiriblər. Nümayişlərdə iştirak edən “Podemos” partiyasının lideri İone Belarra bildirib ki, İsrail Fələstində həyata keçirir və İsraillə diplomatik, iqtisadi, mədəni və siyasi əlaqələrin davam etdirilməsi qəbuledilməzdir.

Belarra, israilli azarkeşlərin Madridə girişinin qarşısını alınması tələbinə İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin “İdmanı siyasətdən ayrı qoymalıyıq” reaksiyasını da tənqid edib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: