Maraqla izlənilən serial yayımını dayandırır
Cəmiyyətdə böyük müzakirəyə səbəb olan, İctimai TV-də yayımlanan "Vətəndaş A" serialı başa çatır. Serialın sonuncu - 12-ci bölümünün dekabrın 7-də efirə gedəcəyi ilə bağlı anonslar yayımlanır.
Metbuat.az xəbər verir ki, aktyor Qurban İsmayılov Qaynarinfo.az-a açıqlamasında bildirib ki, "Vətəndaş A" serialı erkən final etmir:
"Bəli, serial başa çatır. Çəkilişlərə ötən il başlamışdıq. Efirə getməzdən əvvəl də deyilmişdi ki, layihə 12 bölümdən ibarət olacaq. Serial sevildi, müzakirə olundu. Ssenari "Almaz" pyesi əsasında hazırlanıb. Ondan artıq ssenarini uzatmaq yaxşı görünməz".
Qurban İsmayılov belə ssenarilərin davamlı olmasını arzulayıb.
Qeyd edək ki, serialın baş prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadədir. Ekran işində aktyorlar Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı və başqaları rol alıblar.
Oxşar xəbərlər
"Masumlar apartmanı" ən yaxşı serial seçildi
Şou Xəbər
Apple will repair the camera for free! Which model...
Texnologiya xəbərləri
Azərbaycan kanallarında yenidən xarici seriallar n...
Son Xeberler
İnstaqramın Çoxdan Gözlənən Xüsusiyyəti: "Uzun Müd...
Son Xeberler
Məşhur Türkiyə serial "AzTv"də yayımlanacaq
Son Xeberler
Netflix "Kalmar Oyunu" ilə Dəli Olub! Yeni Mobil O...
Texnologiya xəbərləri