Mars meteoriti 5,3 milyon dollara satıldı
Dünyada məlum olan ən böyük Mars meteoriti Nyu Yorkdakı hərracda satışa çıxarılıb.
Metbuat.az xəbər verir ki, “NWA 16788" olaraq təyin olunan meteorit Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars qayasıdır. 24,5 kiloqram ağırlığında olan qaya parçası 5,3 milyon dollara satılıb. Qaya parçasını alan alıcının adı açıqlanmayıb.
Qeyd edək ki, 2023-cü ildə Nigerin ucqar Aqadez bölgəsində kəşf edilən meteorit atmosferdəki sürtünmə nəticəsində şüşə kimi xarici qabıq əmələ gətirib. Bəzi elm adamları bu cür nadir nümunələrin şəxsi kolleksiyalara satmaqdansa, muzeylərə hədiyyə edilməli olduğunu bildiriblər.
Oxşar xəbərlər
NASA Mars səthindən gələn ilk səsləri yayımlayıb
Son Xeberler
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi...
Son Xeberler
2 Milyon Funt Sterlinqlik McLaren W1 Satışa Çıxdığ...
Texnologiya xəbərləri
Məşhur müğənni qumar borclarına görə son evini də...
Xəbər Anı
Türkiyədən Azərbaycana mebel ixracı azalıb
Bugun.az
Elon Musk: "İki ildən sonra Marsa insan göndərəcəy...
OrdanBurdan