🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Məşhur müğənni qumar borclarına görə son evini də satır - FANTASTİK QİYMƏT

05.11.2024 12:25 202 baxış sayı 1 dəq. oxuma
Məşhur müğənni qumar borclarına görə son evini də satır

Uzun illər qumara düşkünlüyü ilə tanınan və bu səbəbdən sərvətini itirən Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın son əmlakı satışa çıxarılır.

Borclarını ödəyə bilməyən müğənni son evini 10 milyon dollara (340 milyon lirə) satır.

Qeyd edək ki, o bu yaxınlarda 15 milyon TL borcunu ödədiyini açıqlamışdı. Buna baxmayaraq, Serdar Ortaç borclarının hamısını ödəyə bilməyib.

Xatırladaq ki, satışa çıxarılan ev müğənninin hazırda yaşadığı evdir.

Paylaş: