"Müğənni pulsuzluqdan maşının satdı"
Bu sözləri müğənni Rəhim Rəhimli "7 Canlı" proqramında deyib. Sənətçi pandemiya ərəfəsində maddi sıxıntılar yaşadığını etiraf edib. Rəhim bildirib ki, bir neçə sənət adamı evini, maşının imkansızlıqdan satıb:
"Eşitdim ki, Xuraman Şuşalı evini satır. Vəziyyətlə əlaqədar satır deyəsən. Daha iki sənətçi var ki, bu durumdadır: biri maşının satıb, digəri evini kirayə verib, başqa yerə köçüb. Sənətçilər üçün bu ərəfə sıxıntılı keçir.
Dediyim kimi, birdən atıldım biznesə. Sahəmə uzaq aləmdir. Başımı qatdım işə, o da uzandı. İndi də o işin içərisində batırıq, boğuluruq. Bir-iki tanış, ailə olmasa, indi batmışdım.
Yalnız toydan qazanırıq, indi də yoxdur. Mən də bu ərəfədə başqa sahə ilə məşğul olmağı düşdüm. başqa yolumuz yoxdur".
Etiketlər
Oxşar xəbərlər
Afətin "Gelandewagen"ini soydular
Şou Xəbər
Ana uşağı ilə birlikdə özünü maşının altına atdı -...
Son Xeberler
Koronavirusa yoluxan azərbaycanlı müğənni vəfat et...
Son Xeberler
41 yaşlı müğənni ƏRƏ GEDİR -
Son Xeberler
Müğənni Türkan bu həmkarını sevirmiş -
Şou Xəbər
Bakıda tanınmış müğənni həbs edildi -
Son Xeberler