
Masazırda evdə uçqun oldu, ölən və xəsarət alanlar var

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Son Xeberler

İranda zəlzələ oldu
Son Xeberler

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar va...
Son Xeberler

Neftçalada qəza baş verdi - Xəsarət alanlar var
Bugun.az

Türkiyədə güclü zəlzələ oldu:
Son Xeberler

Gürcüstanda zəlzələlər oldu
Son Xeberler