Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mask Ağ Evdə döyülüb?

08.06.2025 05:25 52 baxış sayı 1 dəq. oxuma Metbuat
Mask Ağ Evdə döyülüb?

ABŞ-nin maliyyə naziri Skott Bessent Ağ Evdə amerikalı sahibkar İlon Maska hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti Donald Trampın sabiq müşaviri Stiven Bennona istinadən məlumat yayıb.

Məlumata görə, Tramp və Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində tərəflər arasında mübahisə baş verib.

Maliyyə naziri Bessent Maskı büdcəni 1 trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə ittiham edib və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.

Bundan sonra Maskın gözünün altında qançır yarandığı bildirilir.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: