Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Mehdiyev Azərbaycan əlifbasını bilmir" - Misir Mərdanov

21.10.2025 19:02 6 baxış sayı 2 dəq. oxuma Metbuat
"Mehdiyev Azərbaycan əlifbasını bilmir" - Misir Mərdanov

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru və keçmiş təhsil naziri Misir Mərdanov Ramiz Mehdiyevin elmi fəaliyyətinə dair ciddi iddialar səsləndirib. Mərdanov "Bakupost"a verdiyi videomüsahibədə Ramiz Mehdiyevin heç bir elmi nəticəsinin olmadığını bildirib. O qeyd edib ki, Mehdiyev daha çox başqalarını vəzifəyə təyin etdirmək və deputat seçdirməklə məşğul olub.


Keçmiş nazirə görə, Ramiz Mehdiyevə aid edilən kitabların və məqalələrin hamısını başqa adamlar yazıb. Mərdanov deyir ki, hətta çox adam üzə duraraq bu əsərlərin əsl müəllifləri olduqlarını iddia edib. Mərdanovun Ramiz Mehdiyevlə bağlı ən diqqət çəkən iddiası isə onun Azərbaycanın indiki əlifbasını oxuya bilməməsidir.


Misir Mərdanov vəzifəli bir şəxsdən eşitdiyi məlumatı çatdıraraq, Mehdiyevin hazırkı latın əlifbasını oxuya bilmədiyini, yalnız köhnə rus əlifbası ilə oxuduğunu bildirib. Mərdanov bu faktları qeyd edərək sual edir: əgər şəxs ölkəsinin əsas əlifbasını belə oxuya bilmirsə, hansı elmdən söhbət gedə bilər?


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: