Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mərdan Hüseynova 17 il həbs cəzası verildi -FOTO

19.11.2025 11:32 6 baxış sayı 1 dəq. oxuma Metbuat
Mərdan Hüseynova 17 il həbs cəzası verildi -FOTO

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə bu ağır cinayəti törədən Mərdan Hüseynova 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hadisə ilə bağlı proses ictimaiyyətin diqqət mərkəzində idi.


Təqsirləndirilən şəxs məhkəmə qarşısında əməlini tamamilə boynuna alıb. Hüseynov ifadəsində bildirib ki, 6 yaşlı zərərçəkmiş uşaq qapı bir qonşusunun övladıdır. O, həmin azyaşlıya qarşı cəmi 3 dəfə seksual xarakterli hərəkətlər etdiyini etiraf edib. M. Hüseynov məhkəmədə törətdiyi əməldən peşman olduğunu da əlavə edib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: