Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Məşhur rejissoru vəfat etdi -FOTO

20.11.2025 08:02 4 baxış sayı 2 dəq. oxuma Metbuat
Məşhur rejissoru vəfat etdi -FOTO

Özbəkistanın mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərmiş görkəmli siması, tanınmış aparıcı və rejissor Mirabbos Mirzəəhmədov 84 yaşında dünyasını dəyişib. Özbəkistan mediası bu kədərli xəbəri yayıb. Mirzəəhmədov Özbəkistanın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdü və televiziya ilə radio sahələrində dərin iz qoymuşdu.


Mirabbos Mirzəəhmədov 1941-ci il sentyabrın 30-da Daşkənd şəhərində anadan olmuşdu. O, yaradıcılıq fəaliyyətinə 1965-ci ildə, televiziyada və radioda çalışmağa başlayıb. Karyerası dövründə rejissor 50-dən çox müxtəlif film və serialın çəkilişlərində iştirak edib. Həmçinin çoxsaylı televiziya-radio layihələrinin rəhbəri və aparıcısı olaraq tanınırdı.


Rejissorun mədəniyyət sahəsinə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. Mirzəəhmədov “Əmək Şöhrəti” və “Dostluq” kimi mühüm ordenlərə layiq görülmüşdü. Onun ölümü Özbəkistan mədəniyyəti üçün böyük itkidir.


R
Mode və dizayn müxbiri

Mode, dizayn və yaradıcı sənayenin inkişafı haqqında yazıram. Fashion həftələri və yerli dizaynerlərin işlərini izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: