
Milli mətbuatın 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxıldı

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.
Bu barədə Metbuat.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Bildirilib ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda 19-21 iyul tarixlərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi və "Azərpoçt" MMC tərəfindən birgə hazırlanan poçt markasının təqdimat və möhürlənmə mərasimi keçirilib.
Mərasimdə poçt markasının medianın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq dövriyyə buraxıldığı qeyd olunub.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azadlıq meydanı hərbi parada hazırdır
Azəri Xəbər

Xiaomi 15 illiyinə həsr olunmuş SU7 avtomobilinin...
Texnologiya xəbərləri

Milli Məclisdə konfrans keçiriləcək
Bugun.az

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sə...
Azəri Xəbər

Bakıda Zəfərin beş illiyinə həsr olunan paraddan F...
Azəri Xəbər
Pakistan Senatının sədri Azərbaycana gəlib
Azəri Xəbər


