Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır.
Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması ilə mümkün olub.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Eyni zamanda hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir.
Sərəncamın birinci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Azərbaycanda minimum əməkhaqqı artdı
Bugun.az
Minimum əmək haqqı və pensiyalar bu qədər artırıla...
Xəbər Anı
Pensiya və maaşlar artır:
AzMedia
Suriyada Vəziyyət: Əsgəri Maaş və Minimum Əməkhaqq...
Son Xeberler
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınlar...
Son Xeberler
Pensiyalar nə qədər artdı? -
Son Xeberler