Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mixək niyə xeyirlidir? -Bunları bilməlisiniz

21.09.2025 03:25 13 baxış sayı 2 dəq. oxuma Metbuat
Mixək niyə xeyirlidir? -Bunları bilməlisiniz

Mixək həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi qədim zamanlardan istifadə olunur.

Metbuat.az xəbər verir ki, ətirli dadı ilə yeməklərə xüsusi ləzzət qatmaqla yanaşı, sağlamlıq üçün də bir çox faydaları var. Alimlər və təbii təbabət mütəxəssisləri mixəyin tərkibindəki efir yağlarının, vitaminlərin və mineralların bədənin müdafiə sistemini gücləndirdiyini bildirirlər.

Mixək yağı diş ağrısını azaltmaq və diş ətində yaranan iltihabı aradan qaldırmaq üçün geniş istifadə olunur. Antiseptik xüsusiyyəti ağızdakı bakteriyaların çoxalmasının qarşısını alır. Həmçinin mədə turşusunu tarazlaşdırır, köp və şişkinlik kimi narahatlıqları azaldır. Yeməklərdən sonra qəbul edildikdə həzmi asanlaşdırır. Tərkibindəki antioksidant maddələr orqanizmi virus və bakteriyalara qarşı daha güclü edir. Soyuqdəymə və qripdən qorunmaq üçün də faydalıdır.

Bəzi mütəxəssislərə görə, mixəyin təbii tərkibi baş ağrısı, boğaz ağrısı və əzələ gərginliyini yüngülləşdirə bilir. Qan damarlarını genişləndirərək qan axınını sürətləndirir, ürək-damar sağlamlığını dəstəkləyir.

Mixəyi gündəlik olaraq çaylara, yeməklərə əlavə etmək mümkündür. Lakin çox istifadə olunması mədə turşusunu artıra bilər. Həmçinin, hamilə qadınlara və mədə-bağırsaq problemi olanlara həkim məsləhəti ilə qəbul etmək tövsiyə olunur.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: