🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Möylə Mirzəliyevin səhhəti barədə açıqlama

18.03.2025 13:25 24 baxış sayı 1 dəq. oxuma
Möylə Mirzəliyevin səhhəti barədə açıqlama

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu gün əməliyyat ediləcək.

Metbuat.az xəbər verir ki, yeni Klinikadan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

"Xəstənin tənəffüs çatışmazlığı səbəbi ilə süni tənəffüs dəstəkli müalicəsinin davam edilməsi üçün traxeostomiya (ağciyərin hava ilə təmin olunması üçün traxeyanın deşilməsi üçün cərrahi əməliyyat) əməliyyatı icra olunacaq", - sorğuya cavabda vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəyev bir müddət əvvəl özəl tibb müəssisələrinin birində əməliyyat olunub.

Əməliyyatdan sonra aktyorda yuxarı və aşağı ətrafların iflici qeydə alınıb və o uzun müddət digər tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Vəziyyəti daha da ağırlaşdıqdan sonra Yeni Klinikaya yerləşdirilib.

Paylaş: