Bugun.az
Bugun.az

09.10.2024 09:25

6 abunə

11

Musiala üçün "Bavariya"dan fantastik təklif

Musiala üçün

"Bavariya" klubu Camal Musialaya yeni müqavilə təklif edib.

Futbolçunun klubla müqaviləsi 2026-cı ildə yekunlaşır. "Bavariya" Musiala ilə müqavilənin müddətini daha bir neçə il uzatmaq istəyir. "Sky Sport"un məlumatına görə, Musiala təklifi qəbul etsə, illik 25 milyon avro qazanc əldə edəcək. Bu da onu klubun ən çox məvacib alan oyunçusu Harri Keynlə eyni səviyyəyə gətirəcək.

Bildirilir ki, "Bavariya"nın Musialaya bu qədər böyük müqavilə təklif etməsinin səbəbi "Real Madrid"in futbolçuya göstərdiyi maraqla bağlıdır.

Qeyd edək ki, Musialanın "Real Madrid"in təklifinə maraq göstərdiyi barədə xəbərlər dərc edilmişdi.