
Nazirlik internet probleminin səbəbini açıqladı

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib. Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib.
Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Nazirlik rəsmisi: Azərbaycan məktəblərində kompüte...
Azəri Xəbər

Nazirlik Gorandakı partlayış səslərinin səbəbini a...
Bugun.az

Azərbaycan XİN BƏƏ və Laosu təbrik etdi
Bugun.az

Destiny 2 8.1.0.2 Yenilənmə Yama Notları
Texnologiya xəbərləri

Galaxy S25 Seriyası üçün One UI 8 Beta 5 Buraxıldı...
Texnologiya xəbərləri

"Bu Hesab Haqqında" Funksiyası X Platformasındakı...
Texnologiya xəbərləri


