Orduda sürücü işləmək istəyənlər üçün VAKANSİYA
Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
- C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- hərbi biletin surəti;
- tərcümeyi-hal;
- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin
olmaması barədə) arayış.
Oxşar xəbərlər
Umico-da sürücü namizədlər üçün "Açıq Qapı" günü k...
Edumap.az Təhsil Portalı
“Sənədlərlə iş üzrə təcrübəçi” vəzifəsi üzrə vakan...
Edumap.az Təhsil Portalı
Müdafiə Nazirliyi Sürücü Axtarır!
Bugun.az
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Mühasibat...
Edumap.az Təhsil Portalı
“Monitorinq əməkdaşı ” vakansiyası
Edumap.az Təhsil Portalı
Redmi Turbo 4: 16 GB RAM və 6550 mAh batareya ilə...
Texnologiya xəbərləri