Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Pensiya alanlar əlavə ödəniş edəcək?

30.10.2025 20:02 3 baxış sayı 2 dəq. oxuma Metbuat
Pensiya alanlar əlavə ödəniş edəcək?

İcbari tibbi sığorta sistemi ilə bağlı yeniliklər müzakirə olunur. 2026-cı ildən etibarən işsiz vətəndaşlar sığorta xidmətlərindən faydalanmaq üçün ödəniş etməli olacaqlar. Bu dəyişiklik fonunda, pensiyaçılar tərəfindən əlavə ödəniş tələb olunub-olunmayacağı sualı gündəmə gəlib.


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli məsələyə aydınlıq gətirib. O bildirib ki, icbari tibbi sığorta çərçivəsində əhalinin bir çox qrupları üçün sığorta haqlarını dövlət öz üzərinə götürür.


Deputat qeyd edib ki, bu sistem 2025-ci il üçün hazırlanmış büdcə layihəsində də yer alıb. Əsas odur ki, həmin sığorta haqlarının dövlət hesabına ödənilməsi 2026-cı ilin dövlət büdcəsində də nəzərdə tutulur. Bu, müəyyən əhali qruplarının tibbi xərclərinin qarşılanmasında fasilə olmayacağını göstərir.


Dövlət büdcəsi hesabına icbari tibbi sığorta ilə əhatə olunan kateqoriyalar arasında 18 yaşa qədər uşaqlar, 23 yaşa qədər birinci ali təhsil alan tələbələr, sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslər var. Ən əsası, bütün pensiyaçılar, onların kateqoriyasından asılı olmayaraq, tamamilə dövlət tərəfindən sığortalanırlar. Yəni, sistem tətbiq olunandan bəri olduğu kimi, növbəti illərdə də pensiyçıların sağlamlığı, tibb müəssisələrinə müraciətləri və tibbi xidmətlərin göstərilməsi ilə bağlı bütün xərclər dövlət büdcəsi hesabına qarşılanacaq. Pensiyaçılar heç bir əlavə ödəniş etməyəcəklər.


Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: