🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Podul” qasırğası Tayvanın cənubunu vurdu

13.08.2025 21:25 1 baxış sayı 2 dəq. oxuma
“Podul” qasırğası Tayvanın cənubunu vurdu

Çərşənbə günü “Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.

Metbuat.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb ki, “Podul” cənub-şərqdəki Taytun şəhərini vurub, adanın cənub qurtaracağından keçib və təxminən üç saat sonra Tayvan boğazına daxil olub.

Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır.

“Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək. Çinin cənub və cənub-qərbində cümə gününə qədər güclü yağışlar gözlənilir, çünki qasırğanın qalıqları ölkə daxilində hərəkət edir”, - deyə Çin Meteorologiya Bürosu məlumat yayıb.

Paylaş: