Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Qalatasaray” 4 futbolçuya qapını göstərdi

08.09.2025 15:25 18 baxış sayı 1 dəq. oxuma Metbuat
“Qalatasaray” 4 futbolçuya qapını göstərdi

Bir sıra ulduz futbolçularla heyətini gücləndirən “Qalatasaray” bəzi futbolçuları klubdan göndərəcək.

Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi 4 futbolçunu heyətdən göndərmək istəyir. Türkiyə mediasının məlumatına görə, “Qalatasaray” Yusuf Dəmir, Əhməd Kutucu, Metehan Baltacı və Berkan Kutlunu klubdan göndərə bilər. Futbolçular icarə əsasında başqa kluba transfer ola bilər. Türkiyə klublarının 3 futbolçunun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilib.

Əhməd Kutucu ilə xarici klubların maraqlandığı irəli sürülür.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: