
Qanunsuz süni mayalanmaya cəzalar sərtləşdirilir

Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir, bu sıraya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilir.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə və şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya görə əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, həmin əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İranda karantin sərtləşdirilir: iş yerləri bağlana...
Son Xeberler

İtaliya Süni Zəka Qanununu Qəbul Etdi
Texnologiya xəbərləri

Süni Zəka Şirkəti Milyonlarla Kitabı Məhv Etdi
Texnologiya xəbərləri

"Qanunsuz məskunlaşma müharibə cinayətidir" -
Son Xeberler

İlk 9 ayda narkotiklə bağlı 6516 cinayət faktı aşk...
Azəri Xəbər

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlan...
Azəri Xəbər