🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İranda karantin sərtləşdirilir: iş yerləri bağlanacaq

16.11.2020 16:02 490 baxış sayı 2 dəq. oxuma
İranda karantin sərtləşdirilir: iş yerləri bağlanacaq

İranda yenidən karantin rejimi sərtləşdirilir. 

Noyabrın 21-dən etibarən, paytaxt Tehran başda olmaqla, 31 əyalətin 25-də "məcburi" xarakter daşımayan bütün iş yerləri bağlanacaq. Çörək bişirmə sexləri, xalqın əsas qida ehtiyaclarını ödəyən mərkəzlər, eləcə də xəstəxanalar fəaliyyətini davam etdirəcək. Vəziyyətdən asılı olaraq iş yerlərində çalışanların sadəcə üçdə biri işə gedə biləcək.

25 əyalətə giriş-çıxışa məhdudiyyətlər qoyulacaq. "Yüksək riskli" yerlərdə avtomobillər şəhər kənarına çıxa bilməyəcək, şəhərlərarası səyahət qadağan ediləcək. 

Qeyd edək ki, İranda sutka ərzində 486 nəfər virusdan ölüb. 1 353 nəfərin testi pozitiv çıxıb. Ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 41 979, yoluxanların sayı 775 121 nəfər təşkil edir.

Paylaş: