İranda son sutkada virusdan ölənlərin sayı artdı

15.09.2020 13:20 783 baxış sayı 1 dəq. oxuma
İranda son sutkada virusdan ölənlərin sayı artdı

İranda ötən sutka ərzində 140 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23453 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2705 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 407353 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3811 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 349984 nəfər koronavirusdan sağalıb.

Mənbə: İRNA

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: