Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Qarabağ”dan Nərimanla bağlı AÇIQLAMA

07.09.2025 15:25 12 baxış sayı 1 dəq. oxuma Metbuat
“Qarabağ”dan Nərimanla bağlı AÇIQLAMA

Azərbaycan millisinin düşərgəsində zədə alan və bu səbəbdən heyətdən çıxarılan Nəriman Axundzadənin durumu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun mətbuat xidmətindən məlumat verilib.

Tibbi müayinədən sonra futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Onun baldır nahiyəsində dartılma qeydə alınıb. Bu səbəbdən 21 yaşlı futbolçunun azı 3-4 həftə yaşıl meydandan kənarda qalacağı bildirilib.

Bu o deməkdir ki, N.Axundzadə millinin sentyabrın 9-da Ukrayna ilə matçı ilə yanaşı “Qarabağ”ın Çempionlar Liqasında ən azı “Benfika” ilə ilk oyununu, eləcə də Misli Premyer Liqasında qarşıdakı minimum 3 görüşünü buraxmalı olacaq.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: