
Qarabağın azad edilməsi regionda yeni səhifə açıb - Ərdoğan

Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.
Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. “Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, - o vurğulayıb.
Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.
Oxşar xəbərlər

Ərdoğandan Azərbaycan-Ermənistan münasibətləri bar...
Bugun.az

İsrail Livanda Sülh Əldə Etmək İstəyir
KIBRIT MEDIA

“Şuşanın azad edilməsi ümidlərimizi artırdı” -
Son Xeberler

Ərdoğan nöqtəni qoydu:
Son Xeberler

“Problemin yeganə həlli işğalın dayandırılmasıdır”...
Son Xeberler

Silahlarını təslim etməkdən, ya da ölməkdən başqa...
Bugun.az