Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​“Real" Vinisius barədə qərar verdi

05.11.2025 17:42 6 baxış sayı 1 dəq. oxuma Metbuat
​“Real" Vinisius barədə qərar verdi

“Real Madrid” Vinisius Junioru mövsümün sonunda klubdan göndərmək qərarına gəlib. Bu addımın səbəbi futbolçunun "Barselona" ilə oyunda sərgilədiyi intizam pozuntusudur. "Bild" nəşrinin iddiasına görə, "Real"ın "Barselona"nı 2-1 hesabı ilə məğlub etdiyi oyunda Vinisiusun göstərdiyi davranış klub rəhbərliyini ciddi şəkildə qəzəbləndirib.


Həmin etiraz hadisəsindən sonra klub rəhbərliyi ulduz futbolçunu komandadan ayırmaq qərarına gəlib. Bildirilir ki, Vinisius mövsüm bitəndə Madrid təmsilçisini tərk edə bilər.


Hadisə “Real” - “Barselona” oyununun 72-ci dəqiqəsində baş verib. Məhz bu anda əvəzlənən Vinisius Junior qərarla razılaşmayıb. O, buna etiraz edib və klubu tərk edəcəyini bildirib. Hərçənd futbolçu sonradan davranışına görə üzr istəyib. Lakin bu üzrxahlığa baxmayaraq, rəhbərlik artıq onun göndərilməsi qərarını təsdiqləmiş görünür.


S
Şahmat müxbiri

Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.

Bütün məqalələrə baxın
Paylaş: