Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Vinisius "Real"la bağlı qərarını verdi

28.06.2025 05:25 29 baxış sayı 1 dəq. oxuma Metbuat
Vinisius "Real"la bağlı qərarını verdi

"Real Madrid" klubunun futbolçusu Vinisius Junior komandasını dəyişmək istəmir.

Metbuat.az xəbər verir ki, bu barədə braziliyalı hücumçu AS nəşrinə açıqlamasında deyib. Futbolçu "kral klubu"nun şərəfini qorumaq istəyində olduğunu söyləyib. O müqaviləsinin 2027-ci ildə yekunlaşdığını, lakin "Real"la yeni müqavilə imzalamaq istədiyini ifadə edib.

Junior öz oyunu və yeni baş məşqçi Xabi Alonso barədə də danışıb: "Onun rəhbərliyi altında iki çox yaxşı həftə keçirdik. Mərkəzə bir az daha yaxın, daha yığcam oynayıram. İndi pressinq, müdafiə və hücumumuz fərqlidir. Mərkəz hücumçusu mövqeyində Karlo Ançelottinin rəhbərliyi altında da çıxış etmişəm. O zaman sonuncu dəfə UEFA Çempionlar Liqasını qazanmışdıq. Amma indi yenidən buna uyğunlaşmaq mənim üçün bir az çətindir".

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: