Bugun.az
Bugun.az

12.10.2024 13:25

6 abunə

8

Sabah bəzi ərazilərə qar yağacaq

Sabah bəzi ərazilərə qar yağacaq

Bakı və Abşeron yarımadasında havanın əsasən buludlu, ara-sıra açıq olacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağış ehtimalı azdır.


Gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağma ehtimalı var. Şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 15-19° isti, gündüz 19-22° isti olacaq.


Azərbaycanın rayonlarında ara-sıra yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağış, dolu yağma ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağma ehtimalı da var.


Gecə və səhər bəzi yerlərdə duman müşahidə oluna bilər, mülayim qərb küləyi ara-sıra güclənəcək.


Havanın temperaturu gecə 12-17° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.