Bugun.az
Bugun.az

14.10.2024 13:25

6 abunə

6

Sabah yağış yağacaq? - Hava dəyişkən olacaq

Sabah yağış yağacaq? - Hava dəyişkən olacaq

Sabah havada dəyişiklik olacaq, bəzi yerlərdə yağış yağacaq.


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 15 oktyabrda ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, ara-sıra tutulacaq, əsasən yağmursuz olacaq. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə ara-sıra yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ara-sıra duman. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.