Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Şairə İlhamə Elşadqızı saxlanıldı - FOTO

24.12.2024 09:25 126 baxış sayı 2 dəq. oxuma Metbuat
Şairə İlhamə Elşadqızı saxlanıldı - FOTO

Tiktok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu tədbilər çərçivəsində şair İlhamə Elşadqızı saxlanılıb.

Onun polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir.

Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı Tiktok səhifəsinin idarəçiləri - Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: