🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Gecə 4-də evlərinə getdim, generalın anasının ayaqlarına döşəndim”

15.07.2020 11:47 793 baxış sayı 2 dəq. oxuma
“Gecə 4-də evlərinə getdim, generalın anasının ayaqlarına döşəndim”

Tanınmış şairə Nazilə Səfərli dünən şəhid olan general Polad Həşimovun ailəsini ziyarət edib.

Sosial şəbəkə hesabında generalın anası Səmayə Həşimova ilə fotosunu paylan şairə ona başsağlığı verib: 

"Bu gecə yuxum ərşə çəkildi. Evin içində havalı kimi var-gəl etdim. Çox çalışdım yata bilmədim ki, bilmədim... Durdum gəldim Sumqayıta - şəhidin qapısına. Saat 4:34 idi. İşıqları sönmüşdü. Qalxdım evə qapını döymyə cəsarət etmədin, sakit düşdüm həyətə. Bayraq asılmış eyvana xeyli tamaşa etdim. Bir evə baxdım, bir de evdən çıxan qəhramana... Müqayisə ediləsi deyil. Birdən pəncərənin işıgı yandı. Dərhal qalxdım yuxarı və başına qara yaylıq bağlamış General anasının ayaqlarına döşəndim. Allah səbr versin, ay ana. Oglun Şəhid oldu və bütün Azərbaycanı sənə borclu etdi. Borcumuzu qanımızla ödəməliyik! Allah rəhmət eyləsin,Cənab General. Siz yeganə General oldunuz ki, əsgərlə bərabər öndə döyüşüb Şəhidlik zirvəsinə ucaldınız! Şəhidlər ölməz, Vətən bölünməz! Belə kişiləri tarix min ildə bir yetirər... Şəkili ona görə çəkdirdim ki, böyütdürüb evdə divardan asacam. Hər ana General Şəhid vermir. Baxıb fəxr edəcəm, ibrət alacam! Bütün Şəhid analarının qarşısında baş əyirəm".

Paylaş: