🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Hərbçilərimiz mənə dedilər ki, ora getməyin, təhlükəlidir”

14.10.2020 09:42 633 baxış sayı 3 dəq. oxuma
“Hərbçilərimiz mənə dedilər ki, ora getməyin, təhlükəlidir”

“Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir”.

Bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib. 

O bildirib ki, Tərtərə minlərlə mərmi düşüb: “Tərtər Gəncə kimi böyük şəhər deyil. Amma bu gün səhər iki saat yarım ərzində Tərtərə 100-dən çox mərmi düşüb. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə də getmirlər və “öldü var, döndü yoxdur” deyirlər. Ağdamda, Goranboyda, Ağcabədidə, təmas xəttinə daha yaxın olan bütün bölgələrdə olan sakinlərimiz düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. 

2016-cı ildə məşhur Aprel döyüşlərindən sonra mən erməni vəhşiliyindən zərər çəkmiş bölgələrə getdim. Orada bir kəndə getdim, həmin kənddən erməni mövqelərinə məsafə 100-150 metr idi. Bizim hərbçilər mənə dedilər ki, ora getməyin, təhlükəlidir. Dedim bəs orada bizim insanlar yaşayır, onlar üçün təhlükəli deyil? Gör necə qürurlu insanlardır ki, düşmənin atəşi altında yaşayır, övladlarını böyüdür. Ona görə də bu xain hücumlar bizi yolumuzdan döndərə bilməz”. 

 

 
Paylaş: