🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Hər iki müharibədə döyüşən “Maştağa”nın ad günü - VİDEO

14.11.2020 07:43 567 baxış sayı 2 dəq. oxuma
Hər iki müharibədə döyüşən “Maştağa”nın  ad günü -

Qələbəmizin qəhrəmanlarından olan “Maştağa” ləqəbli Vidadi adlı döyüşçümüz öz doğum gününü cəbhədə hərbçi dostları ilə birgə qeyd edib.

Sosial şəbəkələrdə döyüşçünün doğum günündən görüntülər yayılıb. Hərbçimizin arzuları da elə qələbə ilə bağlı olub: “Siz mənə qanad verdiniz, siz məni cavanlığıma qaytardınız. Allah sizin hər birinizi sağ-salamat döyüşlərdən çıxarsın! Analar sevinsin. O gün olsun bax belə Xankəndidə yığışaq!”

Xatırladaq ki, “Maştağa” ləqəbli döyüşçümüz həm də Birinci Qarabağ müharibəsinin qəhrəmanlarındandır. Həmin dövrdən qalan nadir görüntülərdən birində döyüşçü dostları onun qəhrəmanlığından danışıb, xüsusən, Ağdərənin alınmasında böyük rolu olduğunu qeyd ediblər.

 

Paylaş: