🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Qarabağ”ın UEFA reytinqi açıqlandı

22.12.2020 17:49 426 baxış sayı 2 dəq. oxuma
“Qarabağ”ın UEFA reytinqi açıqlandı

UEFA 2020-ci il üçün klubların sonuncu reytinq cədvəlini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə 8 klubumuz yer alıb.

Təmsilçilərimizdən ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 69-cu pillədə (21.000) qərarlaşıb. Qurban Qurbanovun komandası Türkiyədən “Fənərbaxça”, “Sivasspor”, İspaniyadan “Atletik”, Rusiyadan “Spartak” kimi klubları geridə qoyub.

Digər klublarımızdan “Qəbələ” (5.500) 217-ci, “Neftçi” (5.000) 244-cü, “Keşlə” (2.500) 300-cü, “Sumqayıt” (1.000) 301-ci, “Səbail” (1.000) 302-ci, “Zirə” (0.500) 303-cü, “Kəpəz” (0.500) 304-cüdür.

Qeyd edək ki, siyahıya “Bavariya” (127.000) başçılıq edir. “Barselona” (121.000) 2-ci, “Yuventus” (118.000) 3-cüdür.

Paylaş: